Miniatür Kitab Muzeyi

Dünyada analoqu olmayan Miniatür Kitab Muzeyi Azərbaycan tarixinin və mədəniyyətinin canlı nümunəsi olaraq 14 ildir ki, İçərişəhərdə fəaliyyət göstərir. 26 mayda məktəbimizin 3 “C” sinif şagirdləri sinif rəhbərləri Gülnar Ağayeva ilə birgə İçərişəhərdə, XV əsrin memarlıq abidəsi olan Şirvanşahlar Sarayının yaxınlığında yerləşən həmin muzeyin qonağı oldular. Şagirdlərimiz muzeyin bələdçisinin müşayiəti ilə eksponatlarla tanış oldular. Bildirildi ki, Miniatür Kitab Muzeyi 2002-ci il aprelin 23-də UNESCO-nun qərarı ilə bütün dünyada hər il qeyd edilən Beynəlxalq kitab və müəllif hüquqları günündə fəaliyyətə başlayıb. Bu, dünyada ilk özəl miniatür kitablar muzeyidir. Bu gün muzeydə 39 şüşələnmiş vitrində dünyanın 69 ölkəsində nəşr edilmiş 5600-dən çox, o cümlədən ölçüləri 75x75 mm qədər olan 2913 sayda miniatür kitab nümayiş etdirilir. Muzeyin bələdçisi ziyarətçilərə hər bir kitab barədə ətraflı məlumat verdi. Muzey vasitəsilə geniş məlumatlar alan məktəblilər satış üçün nəzərdə tutulmuş kitablardan da yararlanaraq böyük təəsüratla muzeydən ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi