Yaşa Azərbaycanım

Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Lakin azadlıq, müstəqillik ehtirası bu xalqı bir an belə tərk etməmişdir. 1917-ci il Rusiyada çarizmin süqutundan sonra bolşeviklər hakimiyyəti ələ keçirir. Keçmiş imperiya ərazisində siyasi vəziyyət daha da mürəkkəbləşir. Belə gərgin bir tarixi şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətin yaranması naminə birləşir və nəticədə 1918-ci il may 28-də Tiflis şəhərində Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə keçirilən Milli Şuranın iclasında Azərbaycan Xalq Cumhuriyyəti yaranır və öz İstiqlal bəyannaməsini qəbul edir. Belə ki, Azərbaycanın ilk parlamenti və Höküməti, dövlət aparatı təşkil edilir, ölkənin sərhədləri müəyyənləşdirilir, bayrağı, himni, gerbi yaradılır. 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Bu məqsədlə 24 mayda məktəbimizdə “ Yaşa Azərbaycanım” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nailə Əhmədova vurğuladı ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti xalqımızın həmişə qürur və iftixar hissi ilə xatırladığı şərəfli bir tarixdir. Şərqdə ilk demokratik respublika kimi tanınan və dünya tərəfindən qəbul edilən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin ən şanlı səhifələrindən olduğunu bildirdi. Tədbir şagirdlərin ifası ilə davam etdirildi. Mahnı və şerlərdən ibarət kompozisiyalar səsləndirildi, kompozisiyalarda Cümhuriyyət tarixinin bütün anları, Cümhuriyyətə münasibət şeir parçaları, mahnılar və Qurban Səidin “Əli və Nino” əsərindən , C.Məmmədquluzadənin “Anamın kitabı” pyesindən parçalar göstərildi. Bu tədbir şagirdlərdə vətənpərvərlik hissinin aşılanmasında böyük rol oynadı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi