Hərb tarixi muzeyinə ekskursiya

Xalqımızın şanlı tarix səhifəsinə daxil olan önəmli günlərdən biridə 9 May faşızm üzərində qələbə günüdür.Hər il bu gün ölkəmizdə təntənə ilə qeyd edilir. Bu münasibətlə bu gün məktəbimizin Tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlı ,VIII sinif şagirdləri və bir qrup müəllim Silahlı Qüvvələrin Hərb tarixi muzeyinə ekskursiya etdilər.Müzeyin əməkdaşları şagirdlərimizi hörmətlə qarşıladılar və xalqımızın hərb tarixini əks etdirən eksponatlar, məşhur hərbçilərin həyatı,fəaliyyəti, Azərbaycan xalqının Böyük Vətən müharibəsində misilsiz rəşadət göstərmiş oğullarının döyüş yolu və s. haqqında ətraflı məlumat verdilər. Muzeyin həyətində açıq havada döyüş texnikasını əks etdirən eksponatlar daha böyük marağa səbəb oldu.Ekskursiya şagirdlərimizi hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində mühüm rol oynadı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi