Heydər Əliyev və Azərbaycan tarixi

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə Səbail rayon məktəbləri arasında Heydər Əliyev və Azərbaycan tarixi mövzusunda elmi praktik konfrans keçirildi. Məqsəd Heydər Əliyev dühasını və Azərbaycan tarixinin şanlı səhifələrini birləşdirən zəngin tarixi irsimizi təbliğ etməkdir. Konfransa məktəbimizi uğurlu çıxışı ilə 10 “A” sinif şagirdi Nihad Yusubov təmsil etdi. O, 1918-ci il Azərbaycan tarixində şanlı və eləcə də erməni qəsbkarları tərəfindən törədilən vəhşilikləri geniş ifadə edən “Zəngəzur hadisələri” adlı referat hazirlayıb, konfrans iştirakçılarına təqdim etdi.Nihadı təbrik edir, uğurlar diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi