Mülki müdafiə və milli qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması

26 aprel məktəbimizdə “Mülki müdafiə və milli qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması” mövzusunda şagirdlərin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq məqsədi daşıyan maarifləndirici və təbliğat xarakterli tədbir keçirildi. Məktəbin şəxsi heyətinin və mülki müdafiə qüvvələrinin xəbərdarlıq siqnalı üzrə toplanışından sonra məktəbin Mülki Müdafiə rəhbəri Ələddin Cəfərov məktəbin qərargah rəisi Əzizə Kərimovaya hazırlıq barədə raport verib. Sonra məktəbin direktoru Nailə Əhmədova çıxış edərək şagirdlərə mülki müdafiə haqqında geniş məlumat verdi. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi