Yaşıl düşüncə və yaşıl davranış

Bildiyimiz kimi ətraf mühitin qorunması dövrümüzün ən aktual problemlərindən biridir. 24 apreldə SOCAR-ın Ekoloqiya İdarəsinin Biomüxtəliflik Departamentinin üzvləri və ətraf mühitin mühafizəsi üzrə böyük mühəndis Mehriban Ələsgərovanın rəhbərliyi ilə məktəbimizdə şagirdlərlə maarifləndirici görüş keçirildi. Görüşdə məqsəd uşaqlarda “yaşıl düşüncə və yaşıl davranış” formalaşdırmaq idi. Görüş əvvəldən sona qədər şagirdlərdə təbiətə qayğı, onun insanla harmoniyasına xüsusi diqqət yetirmək fikrini aşılamaq üzərində qurulmuşdur. Çox səmimi şəraitdə keçən görüşün böyük maarifləndirici əhəmiyyəti oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi