23 Aprel Ümumdünya İngilis dili Günü

23 Aprel Ümumdünya İngilis dili Günü kimi qeyd olunur. Bu məqsədlə məktəbimizin İngilis dili müəllimi Şəfa Qasımova 5 “C” sinfində “Heyvanlar” mövzusunda nümunəvi dərs keçirdi. Dərs zamanı mövzunun şagirdlər tərəfindən daha da dərindən mənimsənilməsi üçün müəllim orijinal metodlardan: oyunlar, tapmacalar və musiqidən istifadə etdi. Dərsdə şagirdlər heyvanlar aləminə səyahət edərək, heyvanlar haqqında maraqlı məlumatlar əldə etdilər.Şagirdlər əldə etdikləri məlumatları qrup işləri zamanı məharətlə istifadə etdilər.Ümumdünya İngilis Dili münasibətilə ümumtəhsil məktəblərinə reydə çıxmış Günəş ARB kanalı məktəbimizin qonağı oldu, dərsdən “Xəbərdar Ol” rubrikası üçün maraqlı süjet hazırladı. Şəfa Qasımovanın bir-birindən fərqli metod və vasitələrdən istifadə edərək keçirdiyi dərs kanalın əməkdaşlarının diqqətini cəlb etdi, öz məmnunluqlarını bildirdilər. Bizdə bütün kollektiv adından Şəfa Qasımovanı təbrik edir, ona bu fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi