Alxan Bayramoğlu ilə görüş

Təhsil müəssisələrində “Oxu həftəsi” davam edir. Bununla əlaqədar olaraq məktəbimizdə rəngarəng tədbirlər proqramı həyata keçirilir. Növbəti tədbirimiz 20 aprel tarixində görkəmli Sabirşünas alim, professor Alxan Bayramoğlu ilə görüş oldu. Tədbiri məktəbin direktoru Nailə Əhmədova açdı. O, çıxışında şagirdlərin bir şəxsiyyət kimi formalaşması, onların obrazlı və məntiqi təfəkkürünün inkişafı, mənəvi aləminin zənginləşməsində mütaliə mədəniyyətinin, kitabın danılmaz rolundan söz açdı və Sabir poeziyasının özünəməxsusluğundan danışdı. Sonra tədbirimizin qonağı Alxan müəllim M. Ə. Sabirin həyat və yaradıcılığı ilə bağlı ətraflı məlumat verdi, şagirdlərin suallarını cavablandırdı. Elmi fəaliyyətinin böyük bir hissəsini ölməz şairimiz M. Ə. Sabirin ədəbi irsinin tədqiqinə həsr etmiş görkəmli alimin ustad şairimizlə bağlı şirin söhbəti hamının marağına səbəb oldu. Tədbirdə Nazim Hikmət adına kitabxananın əməkdaşları da iştirak etdi. Sonda şagirdlərin ifasında Sabirin satiralarından ibarət kompozisiya təqdim olundu. Görüş hər kəsin yaddaşında dərin iz buraxdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi