"Oxu həftəsi" kitabxanada

19 aprel tarixində məktəbimizin bir qrup şagirdlərinin iştirakı ilə Bayıl qəsəbəsindəki Nazim Hikmət adına Uşaq Kitabxanasında "Oxu həftəsi" ilə əlaqədar olaraq "Azərbaycan ədəbiyyatında uşaq aləmi, uşaq taleyi” mövzusunda tədbir keçirildi. Tədbirdə Azərbaycan şifahi xalq ədəbiyyatı, Qədim dövr ədəbiyyatı, XX əsr ədəbiyyatı və ən yeni dövr ədəbiyyatından nümunələr təqdim olundu. N. Gəncəvinin "Sirlər xəzinəsi"ndən "Ağıllı uşağın dastanı", C. Məmmədquluzadənin “Buz”, S.S.Axundovun "Əhməd və Məleykə " , "Nurəddin", "Qaraca qız", M.İbrahimovun"Azad", Ə.Məmmədxanlının"Qızıl qönçələr, E.Hüseynlinin "Nəvə" əsərlərindən parçalar səsləndirildi. Mövzusu və ideyası barədə danışıldı. 7-ci sinfin şagirdlərindən Banu, Validə, Əlisalam, Telman, Səbinə, Raul, İlkin, Mirvari, Zeynəb, Türkan, Murad və Əsgər xüsusi fəallıq nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi