Fəlsəfə elmlər doktoru Rafiq Kaşanlı ilə görüş

Oxu həftəsi ilə əlaqədar olaraq məktəbimizdə silsilə tədbirlər keçirilir.19 aprel tarixində fəlsəfə elmlər doktoru Rafiq Kaşanlı ilə görüş keçirildi. Görüşü giriş sözü ilə məktəbin direktoru Nailə Əhmədova açdı. O, mütaliənin insan həyatındakı əvəzsiz rolundan bəhs edərək şagirdlərə bədii ədəbiyyat oxumağın nə qədər önəmli olduğu fikrini aşıladı. Sonra söz fəlsəfə elmlər doktoru Rafiq Kaşanlıya verildi. R. Kaşanlı dünya və Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən söhbət açdı və canlı nümunələr söylədi. Sonda şagirdlər müxtəlif şeirlərdən, səhnəciklərdən ibarət kompozisiya təqdim etdilər. 6 “A” sinif şagirdlərinin çıxışı xüsusi hərarətlə qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi