Ölkəmizi tanıyaq

Prezident İlham Əliyevin tapşırığına əsasən orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan məktəblilərinin “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyalarının növbəti mərhələsi təşkil olundu. Sayca 9-cu tur-aksiya çərçivəsində Səbail rayonundan 27 nəfər məktəbli növbəti dəfə iştirak etdi. Bu turda məktəbimizi 11”A” sinif şagirdi Cəlal Şahbazlı təmsil etdi. Dörd gün davam edən tur-aksiya çərçivəsində məktəblilər Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, Bayraq Meydanına, muzeylərə, Olimpiya İdman Komplekslərinə, Duz dağına və digər tarixi yerlərə də səfər etməklə yanaşı ,“Ölkəmizi tanıyaq” devizi altında keçirilən intellektual, əyləncəli oyunlarda və yarışlarda iştirak etdilər.Belə layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә Ümummilli Lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Prezident İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi