Gəldi Novruzum, Ülkər ulduzum

Nazlı-qəmzəli, bol ruzi-bərəkətli fəsillərin gözəli yaz gəlir yurdumuza. Təbiətə verdiyi təravət sanki hopur ruhumuza. Hər yerdə bir canlanma, sevinc hiss olunar. Xalqımızın şah bayramı Novruzu qarşılayırıq. Öz adətləri, atributları ilə insanlara xoş ovqat, əhval-ruhiyyə bəxş edən Novruz. Ənənəvi olaraq ölkəmizin hər yerində olduğu kimi məktəbimizdə də 16 martda “Gəldi Novruzum, Ülkər ulduzum” adlı Novruz şənliyi keçirildi. Əvvəlcə söz məktəbin direktoru Nailə Əhmədovaya verildi. Hamını bayram münasibətiilə təbrik edən direktor şagirdləri səhnəyə dəvət etdi. Şagirdlər rəngarəng səhnəciklər, məzəli epizodlar, musiqi nömrələri, rəqslər təqdim etdilər. “Novruz”un atributları olan Kosa, Keçəl və Bahar qızının gəlişi hər kəsi çox sevindirdi. Şənliyimizdə Hüseynqulu Sarabski adına 7 nömrəli musiqi məktəbindən qonaqlar iştirak etdilər. Gözəl ifaları ilə hər kəsdə xoş təəssürat yaratdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi