Xocalı Harayı

1992-ci il. Fevralın 25-dən 26-na keçən gecə.O sərt qış gecəsində dəhşət yaşadı Xocalı,ele bir dəhşət  ki, yer üzü belə müsibət , belə vəhşilik görməmişdi. O qanlı gecədən bizi 26 il ayırır. Lakin xalqımız misli- bərabəri olmayan bu qəddarlığı unutmur və heç zaman unutmayacaq. Ölkəmizin hər yerində Xocalı Şəhidlərinin xatirəsi ehtiramla yad edilir. Məktəbimizdə də  hər il olduğu kimi bu il də Xocalı Soyqrımına həsr olunmuş " Xocalı Harayı “ adlı tədbir keçirildi. Tədbiri məktəbin direktoru Nailə Əhmədova açdı. Çıxışında bu faciə ilə bağlı şagirdlərə ətraflı məlumat verərək ermənilərin insanlığa sığmayan əməllərini qətiyyətlə pislədi. Sonda bildirdi ki, möhtərəm prezidentimiz İlham Əliyevin düzgün siyasəti nəticəsində Xocalının azadlığına, xocalıların isə ata-baba yurdlarına qovuçacağı gün uzaqda deyil. Faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra söz şagirdlərə verildi. Onlar vətənpərvərlik mövzusunda şeirlər söylədilər, mahnılar ifa etdilər, həmçinin erməni vəhşiliklərini əks etdirən səhnəcik təqdim olundu. Tədbir şagirdlərin vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynadı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi