Xocalı harayı mövzusunda inşa müsabiqəsi

Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma vətənə sevgi, məhəbbət hislərini aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədilə məktəbimizdə bir sıra tədbirlər keçirilir. 22 fevral məktəbin kitabxanaçısı Aygün Quliyevanın rəhbərliyi ilə “Xocalı harayı” mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Müsabiqədə müxtəlif yaş qruplarından olan şagirdlər iştirak edirdilər. Şagirdlərin inşalarının yoxlanması üçün toplanaraq dil-ədəbiyyat müəllimlərinə təhvil verildi. Hər bir şagirdin mövzuya duyarlı olması, həmçinin faciəni sanki yaşayaraq fikirlərini ifadə etmələri onların faciəni üzüntü ilə millətimizə düşmən kəsilən ermənilərin vəhşiliklərini dərk etməsini göstərirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi