Arifə bir işarə

16 fevralda məktəbimizdə Janna Kəlbiyevanın təşkili ilə “Arifə bir işarə” adlı layihə çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirildi. Yarışda V-XI sinif şagirdləri hər biri 6 nəfərdən ibarət olmaqla 5 komanda iştirak etdi. Öncə Azərbaycanın Dövlət Himni səsləndirildı. Sonra məktəbin direktoru Nailə Əhmədova yarış iştirakçılarını salamlayıb, komandalara uğurlar arzuladı. Nailə xanım keçirilən yarışın əsas məqsədi təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşki etmək, onların vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə xidmət etmək, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə məlumatlandırılmalarına dəstək olmaqdan ibarət olduğunu söylədi. Yarışın sonunda komandaların cavabları münsiflər heyəti tərəfindən qiymətləndirilərək qalib komanda müəyyənləşdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi