"ibtidai sinfi" başa vurması münasibətilə tədbir keçirildi

    İyunun 8-də məktəbin ibtidai sinif müəllimi Vəfa Hüseynova rəhbərlik etdiyi 4 “C” sinif şagirdləri ilə şagirdlərin

İyunun 8-də məktəbin ibtidai sinif müəllimi Vəfa Hüseynova rəhbərlik etdiyi 4 “C” sinif şagirdləri ilə şagirdlərin "ibtidai sinfi" başa vurması münasibətilə tədbir keçirdi. Tədbirdə uşaqlar üçün əyləncəli konsert proqramı təşkil edilib. Şagirdlər bir-birindən maraqlı, şən musiqi və rəqs nömrələri təqdim etdilər. Tədbirdə məktəb rəhbərliyi, müəllim və valideynlər iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən məktəbin direktor əvəzi Gunay Cəlilova şagirdləri ümumi təhsilin birinci pilləsi olan ibtidai sinfi uğurla başa vurmaları münasibətilə təbrik edərək onlara gələcək təhsil həyatlarında da müvəffəqiyyət arzulayıb.

Şagirdlər vətənə, müəllimə, ana dilimizə, təbiətə, sülhə həsr edilən şeirlər söyləyib, müxtəlif nağıllardan səhnəciklər canlandırıb, bir-birindən gözəl milli və əcnəbi rəqs nümunələri nümayiş etdiriblər.     Tədbirin sonunda şagirdlərə diplomlar təqdim edilib və sonda xatirə şəkilləri çəkilib.

#Sağlamtəhsilmühiti

#203məktəb

. Tədbirdə uşaqlar üçün əyləncəli konsert proqramı təşkil edilib. Şagirdlər bir-birindən maraqlı, şən musiqi və rəqs nömrələri təqdim etdilər. Tədbirdə məktəb rəhbərliyi, müəllim və valideynlər iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən məktəbin direktor əvəzi Gunay Cəlilova şagirdləri ümumi təhsilin birinci pilləsi olan ibtidai sinfi uğurla başa vurmaları münasibətilə təbrik edərək onlara gələcək təhsil həyatlarında da müvəffəqiyyət arzulayıb.

Şagirdlər vətənə, müəllimə, ana dilimizə, təbiətə, sülhə həsr edilən şeirlər söyləyib, müxtəlif nağıllardan səhnəciklər canlandırıb, bir-birindən gözəl milli və əcnəbi rəqs nümunələri nümayiş etdiriblər.     Tədbirin sonunda şagirdlərə diplomlar təqdim edilib və sonda xatirə şəkilləri çəkilib.

#Sağlamtəhsilmühiti

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi