“Təhsilverənlərin etik davranış Qaydalar" mövzusunda pedaqoji iclas keçirildi

    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cu il KQ – 07 nömrəli qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilmiş, “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli Qərarı ləğv edilmişdir.

04.06.2024-cü il tarixində məktəbimizdə metodbirləşmə rəhbərləri və müəllimlərlə yeni qaydalarla tanış olmaq məqsədilə iclas keçirildi. İclasda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Əzizə Kərimova çıxış edərək "Təhsilverənlərin etik davranış qaydaları" ilə pedaqoji kollektivi tanış edib.

    Qeyd edək ki, bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir.

#Sağlamtəhsilmühiti

#Təhsilverənlərin #Etikdavranışprinsipləri

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi