"Əlvida ibtidai sinif" adlı tədbir keçirildi

    İyunun 7-də məktəbin ibtidai sinif müəllimi Çiçək Əhmədovanın rəhbərlik etdiyi 4 "B" sinfində şagirdlərinin ibtidai sinfi başa vurması münasibətilə "Əlvida ibtidai sinif" adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və valideynlər iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən məktəbin direktor əvəzi Gunay Cəlilova şagirdləri ümumi təhsilin birinci pilləsi olan ibtidai sinfi uğurla başa vurmaları münasibətilə təbrik edərək onlara gələcək təhsil həyatlarında da müvəffəqiyyət arzulayıb.

    Şagirdlər vətənə, müəllimə, ana dilimizə, təbiətə, sülhə həsr edilən şeirlər söyləyib, müxtəlif nağıllardan səhnəciklər canlandırıb, bir-birindən gözəl milli və əcnəbi rəqs nümunələri nümayiş etdiriblər.

#Sağlamtəhsilmühiti

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi