Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev “Ziya Yusifzadə 19” ərazi partiya təşkilatında partiya fəalları ilə görüşüb.

    Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev

“Ziya Yusifzadə 19” ərazi partiya təşkilatında partiya fəalları ilə görüşüb.

Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, 203 nömrəli məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova, “Ziya Yusifzadə 19” ərazi partiya təşkilatının sədri Ələddin Cəfərov və partiya üzvləri iştirak edib.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən Ulu öndər Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Bu istiqamətdə qarşımızda mühüm vəzifələr dayanır. Yeni Azərbaycan Partiyası da bu vəzifələri özünün siyasi strategiyasının əsas istiqamətləri hesab edir.

203 nömrəli məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova və “Ziya Yusifzadə 19” ərazi partiya təşkilatının sədri Ələddin Cəfərov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra qarşıda duran məsələlər müzakirə edilib, sual və təkliflər dinlənilib.

#QarabağAzərbaycandır!

#QalibLider #QalibXalq

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi