8 noyabr Zəfər gününə həsr olunmuş "Dəmir Yumruq" adlı tədbir keçirilib

 

    Noyabrın 6-da məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimləri Sevinc Qurbanova və Kəmalə Nəbiyevanın təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “8 Noyabr- Dəmir Yumruq” adlı tədbir keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova 8 Noyabr tarixinin Zəfər Günü kimi qeyd edilməsindən, hərbçilərimizin qəhrəmanlığından danışıb. Daha sonra qonaq qismində əyləşən RVTGV və ideoloji tərbiyəvi şöbənin müdiri polkovnik Adil Haqverdiyev, RVTGV və ideoloji tərbiyəvi şöbənin baş mütəxəsisi Nəbi Hacıyev və Səbail rayon Veteranlar Təşkilatının Sədri Ədilə Yaqubova qeyd edib ki, 44 gün davam edən və işğal altında olan ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. “Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil dövlətçilik ənənələri Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Bu gün Azərbaycandan dünyaya səslənən sülh, həmrəylik, bərabərlik mesajları ölkəmizi yalnız regionda deyil, eyni zamanda, beynəlxalq müstəvidə də problemlərin həll olunmasında aparıcı qüvvəyə çevirib.

    Tədbir məktəbin yaradıcı kollektivinin təşkil etdiyi vətənpərvərlik mahnılarından, şəhidlərimizin xatirəsinə həsr olunan musiqilərdən ibarət “Böyük Qələbə” adlı konsert proqramı ilə davam edib.

#8noyabrZəfərGünü #QalibAzərbaycan #QalibLider #QalibXalq.

#YaşasınAzərbaycan!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi