"Mən və mənim əhatəm" adlı maarifləndirici valideyn iclası

✍️ Ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq mövzusunda maarifləndirmə işinin aparılması məqsədilə Elm və Təhsil Nazirliyinin 2023-cü il 13 fevral tarixli 3-29-59/2-500/2023 nömrəli əmrlə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrinin 8-9-cu siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodik vəsaitə" əsasən məktəbimizdə "Mən və mənim əhatəm" mövzusunda Vlll-lX sinif valideyinləri arasında məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova, UBTR Sevinc Abdullayeva, psixoloqu Fərqanə Əliyeva, biologiya müəllimləri Təranə Sadatava, Turanə Fərzəliyeva və həkimi Nərgiz Nuriyeva tərəfindən maarifləndirici psixoloji söhbətlər aparıldı.

Məqsəd tədbirlər planına uyğun olaraq " Mən və mənim əhatəm" adlı maarifləndirici məşğələnin valideynlər arasında təbliği, övladlarının sosial münasibətləri haqqında dəqiq bilgilərə malik olmaları, əhatə dairəsi və s. haqqında məlumat vermək idi.

#ReproduktivSağlamlıq

#MənvəMənimƏhatəm

#203nömrəliməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi