Sağlam həyat və reproduktiv sağlamlıq

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv

sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində

maarifləndirmə işinin aparılması məqsədilə, məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova, psixoloq Fərqanə Əliyeva, UBTR Sevinc Abdullayeva, biologiya müəllimləri Təranə Sadatova və Turanə Fərzəliyevin təşkilatçılığı ilə VIII – ci sinif valideyinlərilə birgə “Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq” mövzusunda iclas keçirildi. İclasda il ərzində şagirdlərlə keçiriləcək məşğələlər müzakirə olundu. Proqaram əsasında aşağıdakı mövzulara toxunulacağı bildirildi:

1. "Mən və mənim əhatəm”;

2. "Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır”;

3. "Zərərli vərdişlər: Siqaret çəkmək”;

4. "Zərərli vərdişlər: Alkoqolizm və narkomaniya”.

5. "Erkən nigah”

Daha sonra valideynlər mövzuya münasibətlərini bildirdilər.

Vətən müharibəsi bizim şanlı tariximiz, Şəhidlər və Qazilər qürur mənbəyimizdir.

Vətən var olsun!

#QarabağAzərbaycandır

#KarabakhisAzerbaijan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi