Məktəbimizdə Bulinqlə Mübarizə İclası Keçirildi

Məktəbimizdə Bulinqlə Mübarizə İclası Keçirildi

  • Məktəbimizdə “Ümumtəhsil müəssisələrində bulinqlə mübarizəyə dair qaydalar”a əsasən Bulinqlə Mübarizə Rəhbərləri (BMR) və Şagird Şurasının müəllimlərlə görüşü təşkil olundu. Görüşün əsas məqsədi məktəbdə sağlam mühitin təmin edilməsi və şagirdlər arasında qarşılıqlı hörmətin təşviq olunması idi.
  • Tədbirdə Bulinqlə Mübarizə Şurasının (BMŞ) üzvləri – məktəb direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini və psixoloq iştirak edərək müzakirələrə qoşuldular. Görüş zamanı bulinqlə mübarizənin əhəmiyyəti, effektiv həll yolları və şagirdlərin hüquqlarının qorunması istiqamətində atılacaq addımlar geniş müzakirə olundu.
  • Həmçinin, şagirdlərin bu mövzuda məlumatlılığının artırılması, problemin qarşısının alınması üçün onların fəal iştirakının təmin edilməsi yolları araşdırıldı. Görüş, məktəbdə harmoniya və dostluq mühitinin gücləndirilməsi istiqamətində növbəti addımların atılmasına zəmin yaratdı.

#stopbulinq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi