Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edildi

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edildi
Dərs zamanı (sinif təşkilat saatı) şagirdlər Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film izlədilər. Film şagirdlərə Heydər Əliyevin Vətənə, xalqa və dövlətçiliyə xidmətlərinin miqyasını daha dərindən anlamağa imkan verdi.
Bundan əlavə, şagirdlər Ulu Öndərin xatirəsinə həsr olunmuş şeirlər söylədilər. Onların səmimi çıxışları və duyğulu ifaları anım tədbirinə xüsusi rəng qatdı və Heydər Əliyev irsinin yeni nəsil tərəfindən necə dəyərləndirildiyini bir daha nümayiş etdirdi.
Müəllim: Hümbətova Minarə 2B sinfi