Metodbirləşmə İclasında Fəaliyyətlərin Müzakirəsi və BSQ Hazırlıqları

Metodbirləşmə İclasında Fəaliyyətlərin Müzakirəsi və BSQ Hazırlıqları
Bu gün məktəbimizdə metodbirləşmə rəhbərləri ilə görüş keçirildi. Görüş zamanı cari fəaliyyətlər müzakirə olundu və qarşıda duran tapşırıqlar müəyyənləşdirildi. Əsas müzakirə mövzusu BSQ (Böyük Summativ Qiymətləndirmə) öncəsi test tapşırıqlarının hazırlanması və təqdim edilməsi oldu.
Qiymətləndirmə prosesinin obyektivliyini təmin etmək üçün test tapşırıqlarının strukturuna, məzmununa və qiymətləndirmə meyarlarına diqqət yetirilməsinin vacibliyi vurğulandı.
Görüş, həmçinin, metodiki dəstəyin gücləndirilməsi və fəaliyyətlərin daha səmərəli təşkil edilməsi məqsədilə fikir mübadiləsi ilə davam etdi.
#metodbirləşmə #metodikiiş