10-11-ci sinif şagirdləri ilə Ayzenk testi keçirildi

10-11-ci sinif şagirdləri ilə Ayzenk testi keçirildi
Məktəbimizin psixoloqu Türkan Nəcəfova tərəfindən 10-11-ci sinif şagirdləri ilə Ayzenk testi əsasında emosional vəziyyətin dəyərləndirilməsi məqsədilə test keçirildi. Bu testin əsas məqsədi şagirdlərin emosional vəziyyətini təhlil edərək, onların şəxsi xüsusiyyətləri, emosional dayanıqlığı və psixoloji vəziyyəti haqqında daha ətraflı məlumat əldə etmək idi.
Test nəticələri psixoloji dəstək proqramlarının hazırlanması və şagirdlərin sosial-emosional rifahının artırılması üçün istifadə ediləcək. Şagirdlər və valideynlərə testin nəticələrinə uyğun olaraq fərdi məsləhətlər veriləcəkdir.
Məqsəd məktəbdə sağlam psixoloji mühitin formalaşması və hər bir şagirdin potensialının tam inkişaf etdirilməsinə şərait yaratmaqdır.