Naxçıvan MR-nın 100 İllik Yubileyi Münasibətilə Slayd Müsabiqəsinin Qalibləri Mükafatlandırıldı

Naxçıvan MR-nın 100 İllik Yubileyi Münasibətilə Slayd Müsabiqəsinin Qalibləri Mükafatlandırıldı

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi ilə əlaqədar keçirilən “Naxçıvan aylığı” çərçivəsində şagirdlər arasında “Qədim Naxçıvan” mövzusunda slayd müsabiqəsi təşkil edilmişdir. Müsabiqə Naxçıvanın zəngin tarixi, mədəniyyəti və təbiəti haqqında şagirdlərin biliklərini artırmaq, onların yaradıcılıq potensialını üzə çıxarmaq məqsədi daşıyırdı.

Müsabiqədə iştirak edən şagirdlər qədim diyarın müxtəlif məqamlarını əks etdirən maraqlı slaydlar  hazırlamış, məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişlər.

Müsabiqənin qalibləri:
 I yer
 • Ömər Qələbəkiyev
 • Asiman Mənəfli

 II yer
 • Damla Rzayeva
 • Nuriyeva Zəhra

 III yer
 • Aliyə Orucova
 • Nəsrin Cəbrayıllı

Qaliblərə  təşəkkürnamələr təqdim edildi. 

Bu cür müsabiqələr, gənc nəslin doğma yurdlarına daha yaxından bələd olmalarına, həmçinin yaradıcılıq qabiliyyətlərinin inkişafına töhfə verir.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi