Psixoloji Guşədə İstedadlı Şagirdlərimizin Rəsmləri

Psixoloji Guşədə İstedadlı Şagirdlərimizin Rəsmləri

Məktəbimizin istedadlı şagirdlərinin töhfələri ilə psixoloji guşədə rəngarəng və mənalı rəsmlər ərsəyə gətirilmişdir. “Uğur çarxı” və “Doğru və yanlış düşüncələr” adlı layihələr vasitəsilə, şagirdlərdə fərqindəlik yaratmaq, neqativ düşüncələri müsbət düşüncələrlə əvəz etmək məqsədi qoyulmuşdur.

Psixoloji guşənin əsas ideyası şagirdlərdə rasional düşüncə bacarıqlarını inkişaf etdirmək, irrasional və mənfi düşüncə xətalarından azad olmalarına dəstək olmaqdır. Belə ki, edilən xətaların fərqinə varmaq və onları müsbət istiqamətə yönəltmək gələcəkdə daha sağlam qərarlar qəbul etməyə zəmin yaradır.
Bu layihədə öz istedadlarını nümayiş etdirən gənc rəssamlarımız:

  •  İbrahimova Qalina
  •  Məmmədli Asya
  •  Dəmirciyeva Nəzirə

Onların çəkdiyi rəsmlər təkcə vizual estetikadan ibarət deyil, eyni zamanda, maarifləndirici və motivasiyaedici mesajlar daşıyır. Hər bir rəsm özünüdərk və müsbət dəyişikliklərə çağırış nümunəsidir.
 Gənclərimizə təşəkkür edir və uğurlarının davamını arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi