Təyyarə qəzası qurbanlarının xatirəsinə həsr olunmuş təsviri incəsənət dərsi

Təyyarə qəzası qurbanlarının xatirəsinə həsr olunmuş təsviri incəsənət dərsi

Məktəbimizdə təsviri incəsənət dərsi çərçivəsində dekabrın 25-də baş verən Bakı-Qroznı təyyarə qəzasında həyatını itirənlərin xatirəsinə həsr olunmuş yaradıcı fəaliyyət təşkil edildi. Şagirdlər öz rəsm əsərləri ilə həmrəylik və kədər duyğularını ifadə etdilər.

Dərs zamanı şagirdlər qəzada itirilən həyatların dəyərini vurğulayan simvolik təyyarə rəsmləri çəkdilər. Bu, onların hadisəni dərin şəkildə anlamaq və emosiyalarını ifadə etmək üçün bir fürsət oldu.
Bu yaradıcı yanaşma, həmçinin şagirdlərə empatiya hissini inkişaf etdirmək və ətrafda baş verən hadisələrə həssas yanaşma aşılayır. 
Müəllim: Pərvanə Daşdəmirova 6a sinfi

 
 
 
 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi