Bakı-Qroznı təyyarə qəzası qurbanlarının xatirəsinə ehtiram

Bakı-Qroznı təyyarə qəzası qurbanlarının xatirəsinə ehtiram
Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” sərnişin təyyarəsi Aktau şəhəri yaxınlığında baş verən qəza nəticəsində ağır itkilərə səbəb oldu. Təyyarədəki 5 ekipaj üzvü və 62 sərnişindən ibarət heyətin çoxu həyatını itirdi.
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 26-da ölkə ərazisində matəm elan edilməsi ilə bağlı sərəncam imzaladı. Həlak olanların xatirəsinə hörmət əlaməti olaraq bu gün ölkə daxilində və beynəlxalq arenada Azərbaycan bayraqları