4-cü siniflərdə monitorinq qiymətləndirilməsi keçirildi

4-cü siniflərdə monitorinq qiymətləndirilməsi keçirildi
Məktəbimizdə 4-cü sinif şagirdlərinin bilik və bacarıqlarını yoxlamaq məqsədilə Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənləri üzrə monitorinq qiymətləndirilməsi keçirildi. Monitorinqin əsas məqsədi şagirdlərin dərs materiallarını mənimsəmə səviyyəsini müəyyənləşdirmək və onların inkişafını dəstəkləmək idi.
Qiymətləndirmə zamanı şagirdlər hər üç fənn üzrə əvvəlcədən hazırlanmış tapşırıqları yerinə yetirdilər. Nəticələr əsasında onların mövzu üzrə biliklərinin güclü və zəif tərəfləri müəyyənləşdirilərək təkmilləşdirilməyə ehtiyac olan sahələr üzrə tövsiyələr veriləcək.
Bu cür monitorinqlər şagirdlərin tədris nailiyyətlərini artırmaq və təhsilin keyfiyyətini yüksəltmək üçün vacib əhəmiyyət daşıyır.