Naxçıvan MR-in yaranmasının 100 illiyinə həsr olunmuş seminar keçirildi

Naxçıvan MR-in yaranmasının 100 illiyinə həsr olunmuş seminar keçirildi
Məktəbimizdə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə seminar formatında maarifləndirici tədbir təşkil olundu. Tədbir zamanı şagirdlər öz hazırladıqları çıxışlarla iştirakçılara unudulmaz anlar yaşatdılar və Naxçıvanın zəngin irsini müxtəlif istiqamətlərdə təqdim etdilər.
Seminar çərçivəsində tarix, ədəbiyyat, coğrafiya, biologiya və fiziki tərbiyə müəllimləri çıxış edərək, Naxçıvanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi, təbiəti və idman sahəsindəki uğurları barədə ətraflı məlumat verdilər.
- Tarix müəllimləri Nuriyyə Hümmətova və İmarət Kərimova Naxçıvanın qədim dövlətçilik ənənələrini və onun Azərbaycan tarixindəki xüsusi rolunu vurğuladı.
- Ədəbiyyat müəllimi Gülşən Hüseynova Naxçıvanın ədəbiyyat və mədəni irsi, bu bölgədən çıxmış tanınmış şair və yazıçıların yaradıcılığı haqqında danışdı.
- Coğrafiya müəllimi Firəngiz Əliyeva regionun təbii sərvətləri və coğrafi əhəmiyyətini qeyd etdi.
- Biologiya müəllimi Yeganə Mirzəyeva Naxçıvanın unikal flora və faunası barədə məlumat verdi.
- Fiziki tərbiyə müəllimi Emin Rəhmli isə Naxçıvanda idmanın inkişafına və bu sahədə əldə edilən nailiyyətlərə toxundu.
Tədbir, şagirdlərdə Naxçıvan haqqında bilikləri genişləndirmək, milli-mənəvi dəyərlərə bağlılığı gücləndirmək və onlara Naxçıvanın tarixi və müasir inkişafı haqqında məlumat vermək məqsədi daşıyırdı.
Tədbir iştirakçıları seminarı maraqla dinlədilər və bu cür maarifləndirici fəaliyyətlərin davamlı keçirilməsinin əhəmiyyətini vurğuladılar.