“Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi”nin rəsmi açılışı və təlimlər başladı

“Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi”nin rəsmi açılışı və təlimlər başladı
16-20 dekabr 2024-cü il tarixlərində keçirilən “Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi”nin rəsmi açılış mərasimi və Təlimçilərin Təlimi (TOT) çərçivəsində ilk silsilə təlimlər təşkil olunub. Tədbirdə məktəbimizin müəllimləri Elmira Mirzəyeva və Humay Abbasova fəal iştirak ediblər.
Azərkosmosun KOSMİK Akademiyası tərəfindən təşkil edilən və Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyi, Azərbaycanın Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Braziliya Kosmik Agentliyi və IDEIA Space tərəfindən dəstəklənən bu layihə ölkəmizin təhsil sahəsində önəmli təşəbbüslərdən biridir.
Layihə, məktəblilərin proqramlaşdırma, elektronika, peyk dizaynı və komanda işi üzrə bilik və bacarıqlarını artırmağı hədəfləyir. Müsabiqəyə 650 şagird qatılacaq və əsas məqsəd qalib komandanın hazırladığı peykin kosmik orbitə çıxarılmasıdır.
Bu cür təşəbbüslər gənclərin elm, texnologiya və mühəndislik sahələrinə marağını artırmaqla yanaşı, Azərbaycanın kosmik sənayesindəki inkişafına töhfə verir. Layihədə iştirak edən müəllimlərimizi təbrik edir və onlara uğurlar arzulayırıq!
#Azercosmos #SPACEAcademy #Innovation