“Narkomaniya ümumbəşəri bəla” mövzusunda maarifləndirici tədbir keçirildi

“Narkomaniya ümumbəşəri bəla” mövzusunda maarifləndirici tədbir keçirildi
Məktəbimizdə “Narkomaniya ümumbəşəri bəla” adlı maarifləndirici tədbir təşkil olundu. Tədbirdə Nərimanov rayonu yetkinlik yaşına çatmayanlarla iş üzrə baş inspektor, polis kapitanı Emin Zeynalov, veteranlar şurasının sədri, ehtiyatda olan polis polkovniki Ramiz Məmmədov və veteranlar şurasının sədr müavini, ehtiyatda olan polis polkovniki Eyvaz Nurməmmədov iştirak etdilər.
Qonaqlar şagirdlərlə narkomaniyanın fəsadları, onun fərdlərə və cəmiyyətə vurduğu zərər haqqında maarifləndirici söhbətlər apardılar. Onlar narkotik vasitələrin yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən və gənclərin bu bəladan uzaq durmasının vacibliyindən bəhs etdilər.
Şagirdlərin suallarını cavablandıran qonaqlar, sağlam həyat tərzinin əhəmiyyətini vurğulayaraq gəncləri faydalı və pozitiv fəaliyyətlərə təşviq etdilər.
Bu cür tədbirlər şagirdlərin maariflənməsi və sağlam gələcək naminə düzgün seçimlər etməsi üçün mühüm əhəmiyyət daşıyır. Tədbirdə iştirak edən hər kəsə təşəkkür edir, gələcəkdə də bu istiqamətdə maarifləndirici görüşlərin davam etdiriləcəyini bildiririk.