Naxçıvanın geologiyası, geosiyasi mövqeyi və müasir iqtisadiyyatı mövzusunda diskussiya dərsi

Naxçıvanın geologiyası, geosiyasi mövqeyi və müasir iqtisadiyyatı mövzusunda diskussiya dərsi
Məktəbimizdə Naxçıvanın geoloji quruluşu, geosiyasi mövqeyi və müasir iqtisadiyyatına həsr olunmuş diskussiya xarakterli dərs keçirildi. Şagirdlər dərs zamanı Naxçıvanın zəngin təbii resursları, strateji coğrafi mövqeyi və müasir iqtisadi inkişafı haqqında ətraflı məlumat əldə etdilər.
Müxtəlif müzakirələr və təhlillər vasitəsilə şagirdlər mövzunu daha dərindən öyrəndilər, fikir mübadiləsi apardılar və regionun əhəmiyyətini daha yaxşı dərk etdilər.
Bu cür dərslər şagirdlərimizin analitik düşüncə qabiliyyətinin və dünyagörüşünün inkişafına mühüm töhfə verir.