Yeniyetmələrlə Qrup Məşğələsi: Şəxsi İnkişaf və Kommunikasiya Bacarıqları

 Yeniyetmələrlə Qrup Məşğələsi: Şəxsi İnkişaf və Kommunikasiya Bacarıqları
Məqsəd: Yeniyetmə şagirdlərin adekvat özünüqiymətləndirmə, özünümüəyyənetmə, özü üçün məsuliyyət daşımaq bacarığını formalaşdırmaq, eləcə də narahatlıqlarını daha optimal yollarla dəf etməyi öyrənmələrinə dəstək olmaq. Eyni zamanda, şagirdlərarası effektiv kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi də məşğələnin əsas hədəflərindəndir.
 Psixoloq Türkan Nəcəfova tərəfindən keçirilən bu qrup məşğələsi şagirdlərin psixoloji və sosial inkişafına yönəldilmişdir.
 Məşğələ zamanı şagirdlər öz güclü və zəif tərəflərini dərk etmək, narahatlıq və stressi idarə etmək, eləcə də fərqli şəraitlərdə uyğun davranış üsulları öyrənmək kimi mövzularda praktiki fəaliyyətlər həyata keçirdilər. Təcrübə əsaslı yanaşma şagirdlər arasında qarşılıqlı hörmətin və dostluğun güclənməsinə də töhfə verir.
Bu tip məşğələlər yeniyetmələrin sosiallaşması, şəxsiyyət kimi formalaşması və cəmiyyətə daha adekvat şəkildə inteqrasiya olunması üçün xüsusi əhəmiyyət daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi