Partlayıcı Sursatların Təhlükəsi ilə Bağlı Maarifləndirici Tədbir Keçirildi

Partlayıcı Sursatların Təhlükəsi ilə Bağlı Maarifləndirici Tədbir Keçirildi

 

Məktəbdə şagirdlər üçün “Partlayıcı sursatların təhlükəsinə dair” maarifləndirici tədbir təşkil edildi. Tədbirin əsas məqsədi uşaqlara partlayıcı maddələrin yaratdığı təhlükələr barədə məlumat vermək, onların bu cür hallarda davranış qaydalarını öyrətmək və təhlükəsizliyə dair biliklərini artırmaq idi.

Tədbir zamanı şagirdlərə xüsusi hazırlanmış maarifləndirici videoçarx nümayiş etdirildi. Videoçarxda partlayıcı sursatlarla təsadüfən rastlaşdıqda nələrin edilməli olduğu və təhlükəsizliyə dair qaydalar sadə və aydın şəkildə izah edildi.

Şagirdlər tədbirdən maarifləndirici biliklər əldə edərək bu cür situasiyalarda ehtiyatlı olmağın vacibliyini dərk etdilər.

Bu tip tədbirlər şagirdlərin həyatına və sağlamlığına olan təhlükələrin qarşısını almaqda mühüm əhəmiyyət daşıyır.

#PartlayıcıSursatlarınTəhlükəsi #BŞTİ

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi