Naxçıvanın Zəngin Tarixinə və Mədəni İrsinə Həsr Olunmuş Dəyirmi Masa Təşkil Olundu

Naxçıvanın Zəngin Tarixinə və Mədəni İrsinə Həsr Olunmuş Dəyirmi Masa Təşkil Olundu
Məktəbdə “Naxçıvan Ayı” çərçivəsində dəyirmi masa təşkil olundu. Görüş zamanı Naxçıvanın zəngin tarixi, mədəni irsi və tarixi abidələri haqqında ətraflı məlumat təqdim edildi. Burada şagirdlər qədim diyarın mədəni və tarixi irsini əks etdirən sənədli filmə tamaşa etdilər.
Görüşün əsas məqsədi şagirdlərə Naxçıvanın Azərbaycan tarixindəki xüsusi rolunu tanıtmaq, bu unikal bölgənin mədəni dəyərlərini qorumağın vacibliyini vurğulamaq və milli irsimizə olan sevgi və hörməti artırmaq idi.
Görüş səmimi müzakirələr və təəssüratların bölüşülməsi ilə başa çatdı. Bu cür maarifləndirici görüşlər şagirdlərin vətənpərvərlik ruhunun yüksəldilməsi və milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
#NaxçıvanM.R.100İl