Məktəbimizdə “Şagird Şurası” Bullinqlə Mübarizəyə Dəstək Olacaq

Məktəbimizdə “Şagird Şurası” Bullinqlə Mübarizəyə Dəstək Olacaq
Məktəbimizdə bullinqlə mübarizə məqsədilə “Şagird Şurası” yaradılmışdır. Şura, 8-11-ci siniflərdən seçilən, sosial bacarıqları inkişaf etmiş, empatiya qurmağı bacaran və könüllü şəkildə başqalarına yardım edən məsuliyyətli şagirdlərdən ibarətdir.
“Şagird Şurası”nın üzvləri məktəbdə qarşılıqlı hörmət və müsbət davranış nümunələri göstərərək digər şagirdlərə örnək olacaqlar. Şura üzvləri, bullinqlə mübarizə istiqamətində xüsusi öhdəlikləri yerinə yetirmək üçün təlimlərə cəlb ediləcək. Bu təlimlərdə mediatorluq, emosional tənzimləmə və effektiv ünsiyyət kimi vacib bacarıqlar aşılanacaq.
BMR-lər şura üzvlərinə tərəflər arasında münaqişələrin həllində neytral vasitəçi kimi çıxış etməyi öyrədəcək və onların fəaliyyətinə nəzarət edəcəklər. Şura üzvləri məktəbdə bullinqin baş verə biləcəyi “qaynar nöqtələr”i nəzarətdə saxlayacaq, həmçinin digər şagirdlər arasında müsbət mühitin qorunmasında fəal iştirak edəcəklər.
Bu təşəbbüs məktəbimizdə təhlükəsiz, hörmətə əsaslanan mühitin formalaşdırılmasına və hər bir şagirdin rifahına töhfə verməyi hədəfləyir.
#ŞagirdŞurası