3-cü Sinif Şagirdləri ilə İdrak Proseslərinin Diaqnostikası Keçirildi

3-cü Sinif Şagirdləri ilə İdrak Proseslərinin Diaqnostikası Keçirildi

Məktəbimizdə 3a və 3b sinif şagirdlərinin idrak proseslərinin inkişafını qiymətləndirmək məqsədilə psixodiaqnostik test keçirildi. Psixoloq Türkan Nəcəfovanın rəhbərliyi ilə təşkil olunan bu test zamanı diqqətin yaradıcılığı və məntiqi-riyazi təfəkkürün yoxlanılması üçün xüsusi metodikalar tətbiq edildi.
Testlər nəticəsində şagirdlərin fərdi idrak qabiliyyətləri və inkişaf səviyyələri təhlil edilərək onların güclü tərəflərinin dəstəklənməsi və potensiallarının inkişaf etdirilməsi üçün istiqamətlər müəyyən edildi.
Bu cür diaqnostik işlər məktəbimizdə erkən psixoloji dəstək çərçivəsində mütəmadi olaraq həyata keçirilir və şagirdlərin təhsil həyatına töhfə vermək məqsədini daşıyır.
#psixodiaqnostikiş
#erkənpsixolojidəstək

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi