“Heydər Əliyev və Multidisiplinar Yanaşma” Mövzusunda Anım Tədbiri Keçirildi

“Heydər Əliyev və Multidisiplinar Yanaşma” Mövzusunda Anım Tədbiri Keçirildi
Bu gün məktəbimizdə ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə “Heydər Əliyev və Multidisiplinar Yanaşma” mövzusunda tədbir təşkil olundu. Tədbir Azərbaycan dili və ədəbiyyat müəllimi Gülşən Hüdeynova və digər fənn müəllimlərinin birgə əməkdaşlığı ilə hazırlanmışdır.
Tədbirdə hər bir fənn müəllimi və məktəbin həkimi öz sahəsi baxımından Heydər Əliyevin zəngin həyat yoluna və fəaliyyətinə nəzər saldılar. 
Şagirdlər fəal iştirakı ilə tədbiri daha da maraqlı etdilər, bu isə müəllimlər tərəfindən yüksək qiymətləndirildi.
Kreativ yanaşmalarla zəngin bu cür tədbirlər, şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi ilə yanaşı, təhsilin inkişafına da töhfə verir. Bu təşəbbüs məktəbin yaradıcı və maarifləndirici fəaliyyətinə bir nümunədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi