Ümummilli Lider Heydər Əliyevin Anım Günü Məktəbdə Qeyd Olundu

Ümummilli Lider Heydər Əliyevin Anım Günü Məktəbdə Qeyd Olundu
Bu gün məktəbimizdə müasir Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirildi. Tədbir ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Şagirdlər Heydər Əliyevin Azərbaycanın inkişafı və dünya arenasında layiqli yer tutması üçün göstərdiyi tarixi xidmətlərdən bəhs etdilər. Şagirdlər liderin həyat və fəaliyyətini əks etdirən şeirlər səsləndirdilər, videoçarxlar nümayiş etdirildi.
Tədbir çərçivəsində Heydər Əliyevin müstəqil Azərbaycanın siyasi, iqtisadi və mədəni yüksəlişindəki əvəzolunmaz rolu vurğulandı. Ulu öndərin zəngin irsi gələcək nəsillərə örnək olaraq məktəb kollektivinin yaddaşında həmişə yaşayacaqdır.