Turşuların Fiziki və Kimyəvi Xassələrinin Araşdırılması

Turşuların Fiziki və Kimyəvi Xassələrinin Araşdırılması

Bu gün 8a sinfində “Turşuların Fiziki və Kimyəvi Xassələri” mövzusu tədris edildi. Dərs zamanı müəllim Məhərrəmova Yeganə şagirdlərə turşuların və əsasların xassələrini izah edərək onların fərqləndirilməsi yollarını praktiki olaraq nümayiş etdirdi.

Dərsin əsas hissəsi göstəricilərdən istifadə etməklə təcrübələrə həsr olundu. Təcrübələr zamanı turşuların və əsasların rəng dəyişikliyi ilə reaksiya verməsi müşahidə olundu, bu da şagirdlərdə mövzuya maraq yaratdı.

Bu təcrübə şagirdlərin mövzu üzrə nəzəri biliklərini gücləndirməklə yanaşı, onları kimya fənninə daha yaradıcı yanaşmağa təşviq etdi. Dərs həm öyrədici, həm də interaktiv bir mühitdə keçdi.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi