Diqqətin İnkişafına Dair Korreksion Məşğələ

Diqqətin İnkişafına Dair Korreksion Məşğələ
1A və 1B sinif şagirdləri ilə diqqətin inkişaf etdirilməsi məqsədilə psixoloq Türkan Nəcəfovanın rəhbərliyi ilə “Şifrələmə” metodikasından istifadə olunaraq korreksion məşğələ keçirildi. Məşğələ zamanı şagirdlərin diqqət və məntiqi təfəkkür bacarıqlarını inkişaf etdirmək üçün maraqlı tapşırıqlar yerinə yetirildi. Məşğələ, uşaqların dərsə marağını artırmaq və onların diqqət səviyyəsini yüksəltmək məqsədini daşıyırdı.