Məktəbdə Pedaqoji Şura iclası keçirilib.

Məktəbdə Pedaqoji Şura iclası keçirilib.

-28 noyabr 2024-cü il tarixində məktəbdə 2024-2025-ci tədris ilinin növbəti Pedaqoji Şura iclası keçirilib. İclasda məktəb həyatına dair aktual məsələlər müzakirə olunub və bir çox istiqamətlər üzrə vacib qərarlar qəbul edilib. Müzakirə olunan əsas mövzular aşağıdakılardır:
 -Keçirilmiş monitorinqlərin nəticələrinin təhlili
Tədris prosesinin effektivliyini artırmaq məqsədilə monitorinqlərin nəticələri analiz edilib.
-Şagirdlərin müsabiqə və olimpiadalara hazırlığı
Respublika Fənn Olimpiadası (RFO), Respublika Fənn Müsabiqəsi (RFM), və digər layihələrə hazırlıq.
Beynəlxalq Kosmik Olimpiada, Bilbacar, Fibonacci və digər müsabiqələrdə iştirak üçün tədbirlərin planlaşdırılması.
-Fənn aylıqları çərçivəsində görüləcək işlər
Fənn aylıqları dövründə keçiriləcək dərs müşahidələri, tədbirlər və şagirdlərin fəal iştirakını təmin etmək üçün görüləcək işlər müzakirə olunub.
-Antibulinq xidmətinin təşkili
Məktəbdə bullinqə qarşı mübarizə üzrə (BMR-lər tərəfindən) dəstək proqramlarının təşkili müzakirə olunub.
-Sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili
-Şagirdlərin dərsə davamiyyəti və təhsildən yayınan şagirdlərlə iş məsələlərinə diqqət yetirilib.
-Məktəbdaxili qiymətləndirmənin təşkili
Qiymətləndirmə prosesinin daha dəqiq və şəffaf şəkildə aparılması üçün müzakirələr aparılıb, təkliflər verilib.
-Metodbirləşmələrlə işin təşkili
Müəllimlərin peşəkarlığını artırmaq və tədris prosesini daha effektiv təşkil etmək üçün metodbirləşmələrlə işə xüsusi diqqət ayrılıb.
-Sinif təşkilat saatlarının effektivliyi
Şagirdlərin sosial və intellektual inkişafına yönəlmiş sinif saatlarının daha keyfiyyətli keçirilməsi yolları müzakirə olunub.
-Dərnək və fakültativlərin daha effektiv təşkili
Şagirdlərin maraq dairələrinə uyğun olaraq dərnək və fakültativlərin daha səmərəli təşkili planlaşdırılıb.
-Cari məsələlər

-Hər bir məsələ geniş şəkildə müzakirə olunmuş, fikirlər dinlənilmiş və yekun qərarlar qəbul edilmişdir. Bu iclas məktəbin tədris və tərbiyə prosesində mühüm addımların atılmasına təkan vermiş olacaqdır.
    
#MÜTDA #BŞTİ #PedaqojiŞura2

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi