Texnologiya fənnindən açıq dərs: Yaşıl Dünya Naminə Həmrəylik İli

Texnologiya fənnindən açıq dərs: Yaşıl Dünya Naminə Həmrəylik İli
Məktəbimizdə Texnologiya fənni üzrə “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş açıq dərs keçirildi. Dərsdə şagirdlər yaşıl dünya mövzusunda hazırladıqları əl işlərini nümayiş etdirdilər. Bu əl işləri yaradıcılıqla dolu, ekoloji problemlərə diqqəti çəkən və təbiətə olan sevginin ifadəsi kimi ortaya çıxdı. Şagirdlər hazırladıqları təqdimatlarla öz layihələrini izah edərək, yaşıl və sağlam bir dünya üçün həmrəy olmağın əhəmiyyətini vurğuladılar. Belə dərslər, gələcəyin ekoloji cəhətdən məlumatlı və məsuliyyətli fərdlərinin yetişməsinə zəmin yaradır.
Texnologiya müəllimi: Vəlixanlı Şəms 6b sinfi
#yaşıldünyanaminə