YAŞIL SAF2024 Festivalında Məktəbimizin Şagirdlərinin İştirakı

YAŞIL SAF2024 Festivalında Məktəbimizin Şagirdlərinin İştirakı

 Məktəbimizin şagirdləri SAF2024 festivalında iki fərqli kateqoriya üzrə iştirak edəcəklər. 

“Grand Prix PRO” kateqoriyasında "Hydra" komandası Mirzəyeva Elmira müəllimənin rəhbərliyi ilə 
Komandanın tərkibində 10a sinifindən Mirzəyev Əli, 9a sinifindən Həsənli Həsən və Hüseynli Hüseyn yer alır.

“Engineers of Future” kateqoriyasında isə Smart Engineers komandası, mentorları Türkan Nəcəfovanın rəhbərliyi altında
 4b sinifindən Salmanlı Ömər ilə təmsil olunacaq.
 
Bu münasibətlə məktəb rəhbərliyi şagirdlərlə motivasiya görüşü keçirdi. Görüş zamanı direktor, festivalda nümayiş etdirəcəkləri layihələrin icrasında Hydra və Smart Engineers komandalarına uğurlar arzu etdi. Onların gələcəyin mühəndisləri və liderləri kimi daha böyük nailiyyətlər qazanacaqlarına inamını ifadə etdi. Şagirdlərə göstərdikləri əzmkarlıq və yaradıcı yanaşmalar üçün təşəkkür edildi və gələcək yarışlarda məktəb adını layiqincə təmsil edəcəklərinə dair tövsiyələr verildi.

 Şagirdlərimiz festivalda böyük maraq doğuran layihələri ilə gələcəyin mühəndisləri kimi öz bacarıqlarını nümayiş etdirəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi