10 oktyabr Ümumdünya Psixi Sağlamlıq Günü 

10 oktyabr Ümumdünya Psixi Sağlamlıq Günü 

Həmin gün Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə təsis edilib.
Psixi sağlamlıq insanın öz qabiliyyətlərini reallaşdıra bildiyi, adi həyat streslərinin öhdəsindən gəldiyi, səmərəli çalışdığı vəziyyətdir. 
Psixi sağlamlığa nail olmaq üçün məktəbin psixoloqu tərəfindən 8-ci sinif şagirdləri ilə “Stress, onun idarə olunması” haqqında maarifləndirici semimar keçirilmişdir. Bununla şagirdlər sağlamlığın ayrılmaz və əhəmiyyətli hissəsi olan psixikanın hər kəsə öz bacarıq və şəxsi potensialını nümayiş etdirməsi, adi həyat streslərini dəf etməsi, məhsuldar və faydalı iş görməsi haqqında məlumatlandırıldılar. Stressi dəf etmənin yolları- rahatlama  texnikaları, yanlış düşüncə xətaları, düşüncə paylama  ilə problemlərin öhdəsindən gəlmək yolları öyrədilmişdir.
#psixolojimaarifləndirmə
#psixisağlamlıqgünü
#stressinidarəolunması

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi