27 Sentyabr - Vətən müharibəsinin başladığı gün Anım Günüdür

27 Sentyabr - Vətən müharibəsinin başladığı gün Anım Günüdür
Hər günü bir qəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi ölkəmizin hərbi gücünün, Ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrildi.
Biz hər zaman mübariz oğul və qızlarımızın şücaətini yüksək qiymətləndirir, bu yolda qurban gedən şəhidlərimizin xatirəsini uca tuturuq. Əbədiyyətə qovuşan şəhidlərimiz öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb.
#QarabağAzərbaycandır
#27SentyabrAnımGünü