Şəhid Sahib Daşdəmirov anıldı

Şəhid Sahib Daşdəmirov anıldı
Qarabağda gedən lokal antiterror əməliyyatları zamanı Xocavənd istiqamətindəki döyüşlərdə şəhid olan baş leytenant Sahib Natiq oğlu Daşdəmirova həsr olunan tədbir keçirildi. Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşı Tural Nəcəfov, müəllimləri, Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlı iştirak etmişlər.
Sahib Natiq oğlu Daşdəmirov 6 may 1995-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Bakı şəhəri Alı Mustafayev adına 202 saylı tam orta məktəbdə təhsil almağa başlayıb, 2009-cu ildən təhsilini Cəmşid Naxçıvanski adına Hərbi liseydə davam etdirib. Daha sonra 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2016-ci ildə ali təhsilini başa vurduqdan sonra Şəmkirdə “N” saylı hərbi hissədə snayper taqım komandiri vəzifəsində çalışmağa başlayıb. 2017-ci ilin avqustunda isə könüllü olaraq Qazax rayonundakı “N” saylı hərbi hissəyə keçib. 2018-ci ilin mayından 2020-ci ilin may ayınadək Murovda taqım komandiri olub. Daha sonra Gədəbəy rayonunda “N” saylı hərbi hissədə bölük komandiri vəzifəsində çalışıb. Bu ilin fevral ayından isə Xocavənd rayonunda “N” saylı hərbi hissədə taqım komandiri vəzifəsində çalışıb. Bu il sentyabrın 20-si şəhidlik zirvəsinə yüksəlib. Sahib Daşdəmirov II Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!